Dərc edildi: Baxış sayı: 487
ABŞ Qətərə 3 milyardlıq silah göndərir
ABŞ Dövlət Departamenti Qətərə 3 milyard dollar dəyərində 24 AH-64E "Apaçi" tipli hücum helikopterlərinin satışı layihəsini təsdiqləyib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə, Təhlükəsizlik və Əməkdaşlıq Agentliyinin bəyanatında qeyd edilib. Agentlik bu satışın bölgədə hərbi duruma təsir etməyəcəyini bildirib.
Həmçinin o da bildirilir ki, Konqres satışla bağlı danışıqların başlanmasıyla əlaqədar 30 gün ərzində etiraz etməsə, bir ay sonra ABŞ Qətərə təklif məktubu təqdim edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət