Dərc edildi: Baxış sayı: 686
ABŞ prezidenti Usama bin Ladenin oğlunun ölümünü təsdiqləyib
ABŞ lideri Donald Trump Əl-Qaidə terror təşkilatının öldürülən keçmiş lideri Usama bin Ladenin oğlu Həmzə bin Ladenin ölümünü təsdiqləyib.
"Report" RT-yə istinadən xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Mart ayında Amerika Birləşmiş Ştatları Həmzə bin Ladenin olduğu yeri müəyyənləşdirməyə yardım edəcək hər hansı bir məlumata görə 1 milyon dollara qədər mükafat vəd etmişdi.
Bundan əvvəl KİV-lərdə Usama bin Ladenin oğlunun ölümü barədə xəbər yayılmışdı.
Xatırladaq ki, Usama bin Laden 2011-ci ildə Pakistanda Amerika xüsusi təyinatlılarının keçirdiyi əməliyyat zamanı məhv edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət