Dərc edildi: Baxış sayı: 511
ABŞ prezidenti Səudiyyə Ərəbistanı kralı ilə enerji bazarını müzakirə edib
ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanın kralı Salman ben Adbel Əiz əl-Səud ilə telefonla danışıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi bildirib.
Telefon danışığında iki ölkə liderləri dünyanın enerji resursları bazarında sabitliyin saxlanılmasının vacibliyini qeyd ediblər. Bundan başqa, tərəflər koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizənin genişləndirilməsi məsələsinə toxunublar. Onlar G7 və G20 sammitləri çərçivəsində ikitərəfli əməkdaşlığı da müzakirə ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət