
ABŞ prezidenti Donald Tramp Pentaqonun mənimsədiyi milyardları İlon Maskın tapacağına ümid edir
ABŞ prezidenti Donald Tramp sahibkar İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökumətinin Effektivliyi Agentliyinin (DOGE) Pentaqona xərclənən milyardlarla dolları üzə çıxaracağına ümid edir.
Ens.az Apa.az-a istinadən xəbər verir ki,o, müvafiq açıqlamanı fevralın 9-da “Fox News”a müsahibəsində bildirib.
“Mən hərbi quruma keçəcəyəm. Gəlin ordumuzu yoxlayaq ki, fırıldaqçılıq və sui-istifadə nəticəsində israf edilmiş və itirilmiş milyardlarla, yüzlərlə milyard dollarları tapaq. Xalq məni bunu etmək üçün seçdi", - o bildirib.
O agentliyin işində Maska güvəndiyini vurğulayaraq sözlərinə davam edib: “Mən Maskdan bunu etməsini xahiş etdim. Sonra ondan xahiş edəcəm ki, çox tezliklə, bəlkə də 24 saatdan sonra təhsil sahəsini yoxlamağa başlasın. O, eyni problemləri tapacaq."
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət