Slimfit
  1. DÜNYA

ABŞ prezidenti Donald Tramp ölkəsinin Ümumdünya Ticarət Təşkilatından (ÜTT) çıxa biləcəyini açıqlayıb

ABŞ prezidenti Donald Tramp ölkəsinin Ümumdünya Ticarət Təşkilatından (ÜTT) çıxa biləcəyini açıqlayıb
Sakura

ABŞ prezidenti: "Əgər şərtlərimizlə razılaşmasalar, təşkilatdan çıxarıq"

ABŞ prezidenti Donald Tramp ölkəsinin Ümumdünya Ticarət Təşkilatından (ÜTT) çıxa biləcəyini açıqlayıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Tramp bu barədə "Bloomberq News"-a müsahibəsində açıqlama verib.

Ağ Ev rəhbərinin sözlərinə görə, ÜTT ABŞ-la daha yaxşı davranmalıdır: "Əgər şərtlərimizlə razılaşmasalar, təşkilatdan çıxarıq".

Qeyd edək ki, Tramp keçən ay verdiyi açıqlamada ÜTT-nin illərlə ABŞ-la pis rəftar etdiyini deyərək, təşkilatın fəaliyyət istiqmətlərini dəyişməsini məsləhət görmüşdü. ÜTT-dəki ABŞ ticarət təmsilçisi Robert Liqzizer isə yanvar ayında verdiyi açıqlamada Çinin 2001-ci ildən ÜTT-yə üzv olmasını səhv addım kimi xarakterizə etmişdi.

Mütəxəssislər hesab edirlər ki, ABŞ-ın ÜTT-dən çıxacağı təqdirdə dünya iqtisadiyyatı və ticarət münasibətləri arzuolunmaz mənzərə ilə üzləşəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR