Dərc edildi: Baxış sayı: 245
ABŞ Polşaya 224 milyonluq hərbi vasitə göndərir
Dövlət Departamenti Polşaya 224 milyon dollar dəyərində hərbi rabitə avadanlığının və lazımi maddi-texniki təchizatın verilməsini təsdiqləyib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun müvafiq strukturu məlumat yayıb.
Məlumata görə, Polşa hakimiyyəti ABŞ-dan avadanlıq, o cümlədən şəbəkə radiostansiyaları, SAASM qoruyucu modulu olan GPS qəbulediciləri, həmçinin köməkçi avadanlıq və ehtiyat hissələri istəyib. ABŞ həmçinin Polşaya logistika, təlim və texniki dəstək xidmətləri göstərəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət