Slimfit
  1. HƏRB

ABŞ ordusu gələcəyin iki döyüş vertolyotunu seçdi

ABŞ ordusu gələcəyin iki döyüş vertolyotunu seçdi
Sakura

ABŞ ordusu gələcəyin iki döyüş vertolyotunu seçdi

FARA müsabıqəsi çərçivəsində təklif olunan vertolyotlardan ABŞ quru qoşunları ikisini seçdi: Bell 360 Invictus və Sikorsky Raider-X. Onlar arasında mübarizə hələ davam edəcək və gələcəkdə bu maşınlardan biri qəbul olunacaq.

FARA müsabiqəsi çərçivəsində gələcəyin vertolyotlarının prototiplərinin yaradılması üçün Pentaqon Sikorsky və Bell Helicopter-i müəyyənləşdirib. Bu şirkətlərin rəqibləri AVX Aircraft və L3 Technologies dueti, Karem Aircraft, həmçinin Boeing idi. Mütəxəssislərin fikrincə, seçilmiş layihələr təklif olunanların ən yetkinidir.

Ens.az saytı bildirir ki, FARA müsabıqəsinin məqsədi istismardan çıxarılan OH-58 Kiowa, habelə ABŞ Silahlı Qüvvələrindəki AH-64 Apache-lərin bir hissəsini əvəz edəcək helikopter yaratmaqdır.

Sikorsky Raider-X özündə , ilk dəfə 2015-ci ildə səmaya qalxmış Sikorsky S-97 Raider helikopterində yer alan ideyaların inkişafını əks etdirir. Raider-X-in görünüşü ötən ilin oktyabr ayında təqdim edilmişdi.

Vertolyot sələfindən təxminən 30% böyükdür. Quyruq hissəsində bir koaksial daşıyıcı vintə və bir itələyən vintə malikdir. Bu tərtibat, qanadlı maşına yüksək sürəti inkişaf etdirməyə imkan verir - saatda 380 kilometrdən çox. Qüvvət qurğusunun əsası kimi General Electric T901 mühərriki çıxış edir.

Vertolyot ekipaj üzvlərinin yan-yana yerləşməsi üçün geniş bir kabinayla təchiz ediləcək. Silah qismində burun hissədə yerləşən bir top, idarə olunan raketlər olacaq.

Bell 360 Invictus konsepsiyası daha mühafizəkardır. Vertolyot klassik sxemə görə qurulub və RAH-66 Comanche kimi görünür, baxmayaraq ki, ikincidən fərqli olaraq, sözün adi mənasında gizli deyil.

Xatırladaq ki, bu yaxınlarda Bell Helicopter, Invictus T-14 tankını və T-15 piyada döyüş maşınını məhv etdiyi animasiya roliki göstərmişdi.

Məlumdur ki, vertolyotun kreyser sürəti təxminən saata 330 kilometr təşkil edir.

Bell 360 Invictusu 20 millimetr kalibrli daxili top ilə təchiz etmək istəyirlər, daxili və xarici asqılarda vertolyot müxtəlif məqsədlər üçün idarəolunan mərmilər, bomba və konteynerlər daşıya biləcək. Qabaritlərinin kiçik olması Bell 360 Invictus-un C-17 hərbi nəqliyyat təyyarəsi içərisində daşınmasına imkan verəcək.

Beləliklə, son nəticədə ABŞ Ordusu təklif olunan variantlardan birini seçəcək: ya Raider-X ya da Bell 360 Invictus.

Xatırladaq ki, Sikorsky və Bell Helicopter, eyni dərəcədə əhəmiyyətli FLRAA müsabiqəsində də rəqabət aparırlar. Bu müsabiqə UH-60 çoxməqsədıi vertolyota layiqli əvəzedici tapmağı hədəfləyir.

Mənbə: naked-science.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR