Slimfit
  1. HƏRB

ABŞ Ordusu əlcək olmadan əlləri isti saxlayan qurğu yaradır

ABŞ Ordusu əlcək olmadan əlləri isti saxlayan qurğu yaradır
Sakura

ABŞ Ordusu əlcək olmadan əlləri isti saxlayan qurğu yaradır

Ens.az xəbər verir ki, ABŞ Ordusunun Tibbi Tədqiqat İnstitutu onilliklər ərzində ilk dəfə soyuqda əlləri isitmək üçün əlcəklərə alternativ təklif edəcək. Qurğu Fərdi İstilik Cihazı adlanır və hazırda fizioloq Con Kastellaninin komandası çöl şəraitində sınaqlar üçün prototip hazırlayır. O, "Popular Mechanics"-ə verdiyi müsahibədə, elmi üsulla barmaqları əlcək olmadan şaxtada necə isidəcəyini söyləyib.

Kastellani bildirib ki, əlcəklər çevikliyi 50-80% azaldır. Əlcəkdə smartfona bir mesaj yazmağın nə qədər çətin olduğunu hamımız bilirik. Döyüş meydanında isə bu, həyat və ölüm məsələsi ola bilər. Ancaq hərbi texnologiyanın bütün inkişafı ilə bu günədək əlcəklərə alternativ olmayıb.

Hərbiçilərin əlavə tələbləri var: enerji səmərəliliyi və sadəlik. Kastellani isə illərlə aparılan araşdırmalardan sonra bu problemi həll etməyə yaxın olduğunu iddia edir.

Soyuq havada barmaqların hərəkətliliyi əsasən azalır, çünki aşağı temperatur səbəbindən oynaqlarda maye qatılaşır. Temperaturu qaldırmağın ən asan yolu qan axınını artırmaqdır. Fiziki fəaliyyət zamanı bu, bədənin hər yerində baş verir. Buna görə soyuq havada idman hərəkətlərinin əvvəlində əlcək geyən adam bir neçə kilometr qaçdıqdan sonra onları çıxarır. Kastellani bu hərəkətlər baş vermədən də məhz eyni effekti necə əldə etməyin yollarını axtardığını bildirib.

2018-ci ildə tədqiqat qrupu bədənin digər hissələrinin, məsələn əllərin arxası və ya üzün istiləşməsinin barmaqlarda qan axınını artıra biləcəyini və nəticədə əlin hərarətini yüksələ biləcəyini sübut etmək üçün araşdırma aparıb. Fərziyyə təsdiqləndi və bundan sonra müvafiq cihazların laborator müayinələrinə başlandı.

Hazırda Massoçutes ştatının Natick şəhərindəki bir laboratoriyada prototip üzərində işlər davam etdirilir.

Qapalı otaqlarda, 0 dərəcə temperaturda könüllülər oturur və cihazı sınaqdan keçirir: əlin arxasına yerləşdirilən bu qurğu adı sensor kimi görünür. Əslində, bu "isidici xalçadı" əlləri qızdırır - və onlarla birlikdə barmaqları da.

Kastellani hazırkı prototip ilə barmaqların ucundakı temperaturun 10-11 dərəcə C. arasında olduğunu deyib. Onun sözlərinə görə, bu, cihazsız halda olandan 3 dərəcə yüksəkdir və normal temperaturda olan hərəkətliliyi 50% bərpa edir. Məqsəd temperaturu 15 dərəcəyə çatdırmaq və 100% hərəkətliliyə nail olmaqdır.

Ancaq prototiplər hazırlanarkən hərbçilərin irəli sürdüyü bir çox spesifik tələbləri nəzərə almaq lazım gələcək. Cihaz təhlükəsiz, etibarlı və ən əsası böyük həcmli batareyaları daşımamaq üçün enerjiyə qənaətli olmalıdır.

İndi mühəndislərin çalışdıqları problemlərdən biri, əl səthini qızdıran stikerdən temperaturun geniş yayılmasını məhdudlaşdırmaqdır. Bədənin maksimum istiləşməsi ilə sistemin səmərəliliyi arasında tarazlıq tapmaq vacibdir.

Kastelaninin sözlərinə görə, ABŞ ordusunun əsgərləri yeni cihazı bir neçə ildən sonra istifadə edə biləcəklər. Bundan dərhal sonra isə alim mülki istifadəçilər üçün olan versiyanın da elanı ediləcəyini nəzərdə tutur: "Bir çox insan bu məhsulu arzu edir: qışda rabitə xətlərinə xidmət edənlər, inşaatçılar, mexaniklər, qış idman həvəskarları və sadəcə şaxtadan əlləri donan adi adamlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR