Dərc edildi: Baxış sayı: 676
ABŞ ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi
ABŞ ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib.
“Qafqazinfo” “Röyters”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens deyib. Onun sözlərinə görə, Amerika tərəfi bu addımı Səudiyyə Ərəbistanının neft obyektlərinin dronlar vasitəsilə vurulmasından sonra atmaq qərarına gəlib. Pens dövlət katibi Mayk Pompeonun da Səudiyyə Ərəbistanına getdiyini açıqlayıb. Bu müddət ərzində Tramp atılacaq addımların gələcək təsirləri barədə fikirləşəcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinə məxsus zavodların vurulmasında İran günahkar bilinir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət