Slimfit
  1. HƏRB

ABŞ nümayəndə heyəti Müdafiə Nazirliyinin hərbi hissəsində

ABŞ nümayəndə heyəti Müdafiə Nazirliyinin hərbi hissəsində
Sakura

ABŞ nümayəndə heyəti Müdafiə Nazirliyinin hərbi hissəsində

Azərbaycana səfəri çərçivəsində ABŞ Konqresi Nümayəndələr palatasının Xarici işlər, silahlı qüvvələr və təxsisatlar üzrə komitələri üzvlərinin köməkçilərindən ibarət nümayəndə heyəti hərbi hissələrdən birini ziyarət edib.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, nümayəndə heyəti üçün ölkəmizin beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakına dair brifinq təqdim edilib, Əfqanıstanda və İraqda keçirilən əməliyyatlarda iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə görüş təşkil olunub.

Qonaqlar şəxsi heyətin döyüş və xidməti vəzifələrini yerinə yetirməsi üçün hərbi hissədə yaradılan şəraitlə tanış olublar.

Sonra Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində nümayəndə heyəti ilə görüş keçirilib. Qonaqlara Azərbaycanla ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlər, regional təhlükəsizlik, eləcə də Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və onun nəticələri barəsində ətraflı məlumat verilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR