Slimfit
  1. DÜNYA

ABŞ-nin Suriya ilə bağlı planları açıqlanıb

ABŞ-nin Suriya ilə bağlı planları açıqlanıb
Sakura

ABŞ-nin Suriya ilə bağlı planları açıqlanıb

“ABŞ hakimiyyəti Suriyanın parçalanmasından və bu ərəb ölkəsindən kütləvi miqrasiyadan qaçmaq niyyətindədir”.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Dövlət Departamentində çıxışı zamanı deyib.

“Biz İŞİD-in uzun müddətdir ki, törətdiyi ölüm və dağıntıların miqdarını nəzərə alsaq, yenidən dirçəlməsinin qarşısını almaqda son dərəcə maraqlıyıq. Biz Suriyada qalan hər hansı kütləvi qırğın silahının və ya onun komponentlərinin yanlış əllərə düşməməsində son dərəcə maraqlıyıq.

Biz Suriyanın parçalanmasının, ondan kütləvi köçün və əlbəttə ki, terrorizmin və ekstremizmin ixracının qarşısını almaq üçün mümkün olan hər şeyi etməkdə maraqlıyıq. Bölgə və dünya Suriya xalqını öz ölkələrini yenidən qurmağa və yeni istiqamət cızmağa başlayanda onlara dəstək olmağa borcludur. ABŞ bu işdə onlara dəstək verməyə hazır olmalıdır”, - deyə o qeyd edib.

O, Suriyada baş verənləri tarixi fürsət adlandırıb ki, bu da əhəmiyyətli risklər daşıyır: “Tarix ümidverici məqamların nə qədər tez münaqişə və zorakılığa çevrilə biləcəyini göstərir. Biz Suriyanın şimal-şərqindəki vəziyyətlə bağlı bölgədəki tərəfdaşlarımızla yaxından işləyirik və bütün tərəflərə gərginliyin qarşısını almaq və mülki insanları qorumaq zərurətini vurğulayırıq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR