Dərc edildi: Baxış sayı: 218
ABŞ-nin strateji neft ehtiyatı həftə ərzində artıb
Dekabrın 22-də bitmiş həftədə ABŞ-nin strateji neft ehtiyatı 0,8 milyon barel artaraq 353,333 milyon barrelə çatıb.
“Report” xəbər verir ki, bu, ölkənin Energetika Nazirliyinin enerji informasiya departamentinin həftəlik icmalından bəlli olub.
Bununla belə, göstərici hələ də 1983-cü ildən bəri minimum səviyyədə qalır.
Xatırladaq ki, ABŞ-nin Strateji Neft Ehtiyatı 2021-ci ilin sentyabrından bu ilin əvvəlinə qədər davamlı olaraq azalıb. Bu ilin yanvar-mart aylarında bu rəqəm dəyişməyib, sonra yenidən azalmağa başlayıb. Strateji ehtiyatda bu yaxınlarda ilk artım iyulun əvvəlində müşahidə olunsa da, cəmi min barel təşkil edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət