Slimfit
  1. SİYASƏT

ABŞ nə üçün sülh prosesinə aktiv qoşulmaq fikrinə düşüb? - Nüfuzlu nəşrin şərhi

ABŞ nə üçün sülh prosesinə aktiv qoşulmaq fikrinə düşüb? - Nüfuzlu nəşrin şərhi
Sakura

ABŞ nə üçün sülh prosesinə aktiv qoşulmaq fikrinə düşüb? - Nüfuzlu nəşrin şərhi

ABŞ başa düşüb ki, Vaşinqton Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasında və sülh müqaviləsinin imzalanmasında daha fəal iştirak etməsə, Rusiya və İran nəticə əldə etmək üçün həmişə maneə olacaq.

“Ölkə.Az” xəbər verir ki, bu barədə ABŞ-nin Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran “The Wall Street Journal”da (WSJ) yazdığı məqalədə qeyd olunub.

Müəllif qeyd edib ki, ABŞ-dən başqa, vasitəçi rolunu Rusiya Prezidenti Vladimir Putin də öz üzərinə götürüb. Onun fikrincə, məsələnin yekun həlli və sülhün əldə olunması, Qarabağda yerləşdirilən Rusiya qüvvələrinə ehtiyacı aradan qaldıracaq. O hesab edir ki, rus ordusunun bölgədə olması, Putinin əsas alətlərindən biridir.

Doran bildirib ki, Ermənistan Rusiyadan, xüsusən də hərbi sahədə çox asılıdır, Azərbaycan Prezidenti İlham Əliyev isə Moskvanın nəzarətindən qurtula bilib.

“Azərbaycan ölkənin neft və qaz tədarük etdiyi Avropa ilə güclü iqtisadi əlaqələri gücləndirməklə yanaşı, eyni zamanda Türkiyə və İsraillə də güclü müdafiə əlaqələri inkişaf etdirib. Azərbaycanın Türkiyə və İsraillə üçtərəfli əməkdaşlığı, həm də İran azərbaycanlılarının dəstəyinə görə Tehranı xüsusilə qorxudur. Ona görə də Tehran Moskva və İrəvanla Türkiyə-İsrail-Azərbaycan uyğunlaşmasını balanslaşdırmaq və sülh danışıqlarını pozmaq üçün işləyir”, -o qeyd edib.

Fransa Prezidenti Emmanuel Makron Cənubi Qafqazda proseslərin Ermənistanın xeyrinə dəyişməsi istiqamətində diplomatiyaya böyük enerji sərf etdiyini deyən Doran bildirib ki, böyük erməni icmasına malik Fransa Avropa Şurasının sədri Şarl Mişelə təzyiq edərək, Aİ-nin vasitəçiliyi ilə aparılan sülh danışıqları prosesinə qoşulub.

“Lakin Makronun təşəbbüsü ilə Avropanın vasitəçiliyinin Bakının gözündə qeyri-legitim olmasına gətirib çıxarıb”, - Doran qeyd edib.

Onun iddiasına görə, ABŞ dövlət katibi Blinken indi başa düşür ki, Ermənistana sülh gətirmək və bununla da Rusiya-İran alyansı ilə əməkdaşlıq formalarını məhdudlaşdırmaq üçün Amerikanın proseslərdə aktiv iştirakı yeganə variantdır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR