Slimfit
  1. HƏRB

ABŞ müasir raketdən müdafiə sistemi qurur

ABŞ müasir raketdən müdafiə sistemi qurur
Sakura

Vaşinqton diqqətini müasir raketdən müdafiə sistemi qurmaq istiqamətində cəmləyib

Vaşinqton diqqətini müasir raketdən müdafiə sistemi qurmaq istiqamətində cəmləyib.

 Prezident Donald Tramp bu barədə Konqresdə ölkədəki vəziyyətlə bağlı ənənəvi müraciəti zamanı deyib.

Son 2 il ərzində ABŞ silahlı qüvvələrinin miqyaslı bərpa işlərinə başladığını deyən ABŞ lideri 2018-ci ildə Pentaqonun büdcəsinin 700 milyard dollara yaxın olduğunu, 2019-cu ildə isə bu məbləğin daha 16 milyard dollar artırıldığını bildirib.

“ABŞ-ın hərbi gücünün artmasını göstərən elementlərdən biri kimi raket əleyhinə müasir sistem hazırlanır”, - deyə Donald Tramp əlavə edib.

Prezidentin sözlərinə görə, onun administrasiyası ABŞ maraqlarının qorunması üçün apardığı fəaliyyətə görə heç vaxt üzr istəməyəcək.

 

Mənbə: Strategiya.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR