Slimfit
  1. İDMAN

ABŞ millisinin futbolçuları federasiyadan 66 milyon dollar tələb edirlər

ABŞ millisinin futbolçuları federasiyadan 66 milyon dollar tələb edirlər
Sakura

ABŞ millisinin futbolçuları federasiyadan 66 milyon dollar tələb edirlər

ABŞ-ın qadınlardan ibarət milli komandasının üzvləri ölkənin futbol federasiyasından 66 milyon dollar tələb edirlər. 

"Report" AP-yə istinadən xəbər verir ki, yığma federasiyanı gender bərabərsizliyində günahlandırır. Bildirilib ki, təsdiqləyici sənədlər artıq Los-Ancelesdəki məhkəməyə təqdim olunub. Məhkəmə prosesi mayın 5-də başlayacaq. 

Futbolçular ötən ilin martında federasiyanı məhkəməyə verərək onları cinsi ayrı-seçkilikdə ittiham ediblər. İdmançılar bunun təkcə maaşlarına deyil, harada və necə oynadıqlarına, tibbi yardım almalarına, həmçinin matçlara necə getdiklərinə də təsir etdiyini iddia edirlər. 

Qeyd edək ki, ötən il qadınlardan ibarət ABŞ millisi Hollandiyanı 2:0 hesabı ilə məğlub edərək 4-cü dəfə dünya çempionu olub. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR