Slimfit
  1. DÜNYA

ABŞ məhkəməsi prezident Donald Trampın miqrantlarla bağlı qərarını dayandırıb

ABŞ məhkəməsi prezident Donald Trampın miqrantlarla bağlı qərarını dayandırıb
Sakura

ABŞ məhkəməsi prezident Donald Trampın miqrantlarla bağlı qərarını dayandırıb

ABŞ-da San Fransisko məhkəməsinin hakimi Riçard Siborq prezident Donald Trampın sığınacaq üçün müraciət etmiş qanunsuz miqrantlara rədd cavabı verilməsi qərarının icrasını müvəqqəti dayandırıb.

ONA “Reuters”ə istinadən xəbər verir ki, bununla da məhkəmə ABŞ hökümətinin miqrantların ölkəyə axınının qarşısının alınmasına yönələn proqramını dayandırıb.

Hakim R.Siborq sığınacaq üçün müraciət etmiş şəxslərin təhlükəyə məruz qala biləcəyi səbəbilə ölkələrinə geri qaytarılmasını qadağan edib.  

San Fransisko məhkəməsinin qərarı aprelin 12-də qüvvəyə minəcək və bütün ölkə üzrə tətbiq ediləcək. 

"Hakim sadəcə elə qərara gəlib ki, Meksika miqrantlar üçün həddindən artıq təhlükəlidir. Bu, ABŞ-a qarşı ədalətsizlikdir”, - deyə ABŞ prezidenti Donald Tramp öz rəsmi Twitter səhifəsində qərara münasibətini bildirib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR