Dərc edildi: Baxış sayı: 477
ABŞ kürdlərin müdafiəsi üçün səfərbər olur - Pompeo
ABŞ Suriyanın şimal-şərqindəki kürd xalqının müdafiəsi üçün tədbirlər görülməsi üzərində çalışır.
Axar.az xəbər verir ki, bunu WKRN-TV-yə müsahibəsində ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
“Biz dövlətlərlə çalışırıq. Mən Avropadan olan həmkarlarımla bu gecə danışmağı planlaşdırıram. Biz Suriyanın şimal-şərqindəki kürd xalqının müdafiəsi ilə bağlı qərar qəbulu üçün dünyanı səfərbər edəcəyik. Biz bilirik ki, bu vacibdir və Amerika bunu etmək niyyətindədir”, – deyə o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət