Dərc edildi: Baxış sayı: 468
ABŞ koronavirusa görə Çinlə hava əlaqəsini kəsə bilər
ABŞ hakimiyyəti ölkədəki iri aviasşirkətlərin rəhbərlərinə Çinlə hava əlaqəsinini kəsilə biləcəyi barədə xəbərdarlıq edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu koronavirusdan ölənlərin sayının 130 nəfəri keçməsi fonunda baş verib .
Ağ Ev uçuşların müvəqqəti dayandırılmasından getdiyini bəyan edib. Amma məmurlar qadağaların hansı tarixdən tətbiq olunacağını açıqlamayıblar.
ABŞ-la Çin arasında uçuşların böyük hissəsini həyata keçirən United Airlines tələbatın azalması səbəbilə Çin və Honqkonqa bir çox uçuşların ləğv olunacağını elan edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət