Dərc edildi: Baxış sayı: 657
ABŞ kəşfiyyatı Suriya neftindən nə qədər qazanır? - Rusiya
Suriya neftinin qaçaqmalçılığından gələn gəlir ABŞ özəl hərbi şirkətləri və xüsusi xidmət orqanlarının hesablarına daxil olur.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib.
O, Suriyadan neft daşınmasını ABŞ-ın nəzarət etdiyi “Sedkab” şirkətinin həyat keçirdiyini bildirib.
Konaşenkov ABŞ-ın Suriya neftindən aylıq əldə etdiyi gəlirin 30 milyon dollar olduğunu söyləyib. O, Suriyanın qaçaqmal olaraq satılan neftinin 38 dollara təklif edildiyini vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət