Dərc edildi: Baxış sayı: 515
ABŞ Kanada ilə sərhədi bağlayır
COVID-19 pandemiyası ilə əlaqədar ABŞ Kanada ilə sərhədi bağlayır.
APA-nın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Twitter"də bildirib.
"Qarşılıqlı razılığa əsasən, Kanada ilə şimal sərhədimizi vacib olmayan səfərlər üçün müvəqqəti bağlayacağıq. Bu, ticarətə təsir etməyəcək", - deyə D. Tramp qeyd edib.
Xatırladaq ki, Kanada Baş Naziri Castin Trüdo ABŞ-la sərhədin bağlandığını bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət