Dərc edildi: Baxış sayı: 281
ABŞ İranın bloklanmış aktivlərini açdı
ABŞ İranın 6 milyard dollarlıq aktivlərini açıb.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İran Mərkəzi Bankının sədri Məhəmməd Reza Farzin X (Tvitter) sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, İran həmin məbləği məhbus mübadiləsi razılaşmasına əsasən ala bilib:
"Uğurlu diplomatik faəliyyət sayəsində İranın Cənubi Koreyada əvvəllər bloklanmış bütün aktivləri artıq açılıb. Yaxın vaxtlarda bu vəsaitlər vondan avroya çevrilərək Qətərdəki 6 İran bankının hesabına köçürüləcək. Bu vəsait sanksiyalara məruz qalmayan malların alınmasına yönəldiləcək".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət