Slimfit
  1. AZƏRBAYCAN

ABŞ-ın Yel Universitetində Azərbaycanın uğurları təqdim edilib

ABŞ-ın Yel Universitetində Azərbaycanın uğurları təqdim edilib
Sakura

ABŞ-ın Yel Universitetində Azərbaycanın uğurları təqdim edilib

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Birləşmiş Ştatların aparıcı təhsil ocaqlarından biri olan Yel Universitetində çıxış edib. Makmillan Araşdırma Mərkəzi tərəfindən təşkil edilmiş tədbirdə universitetin professor və tələbə heyəti iştirak edib.

Səfir çıxışında diqqəti əsasən Azərbaycanın xarici siyasəti, tərəfdaşlıqların qurulması, o cümlədən ölkəmizin həyata keçirdiyi strateji enerji və nəqliyyat layihələri, mədəniyyətlərarası dialoqun inkişafi, Ermənistan-Azərbaycan münaqişəsi kimi məsələlərə yönəldib. O qeyd edib ki, Azərbaycanın müstəqil dövlətçiliyinin əsasını qoyan ümummilli lider Heydər Əliyevin baxışı və qərarları ölkəmizin uğur qazanmasının təməlidir. Prezident İlham Əliyev bu kursu uğurla davam etdirir. Hazırda Azərbaycanın müstəqil şəkildə milli maraqları əsasında xarici siyasət yürütdüyü, xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı hörmət və fayda əsasında uğurlu tərəfdaşlıq apardığı qeyd edilib. Diplomat Azərbaycanın etibarlı tərəfdaş olduğunu, imzaladığı müqavilələrə ciddi riayət etdiyini və belə ardıcıl siyasət sayəsində xarici tərəfdaşlarla uzunmüddətli anlaşmalar əldə etdiyini, o cümlədən 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsinin” 2049-cu ilədək uzadıldığını diqqətə çatdırıb. Azərbaycanın həyata keçirdiyi strateji enerji və nəqliyyat layihələrinin ölkəmizlə yanaşı, region dövlətlərinin rifahını da gücləndirdiyi və beləliklə, sülhə və sabitliyə xidmət etdiyi bildirilib.

Azərbaycanda geniş islahatlara, o cümlədən iqtisadi sahədə görülən işlərə diqqət çəkən diplomat bu sahədə uğurların göstəricisi kimi ölkəmizin Dünya Bankının “Doing Business” hesabatında və nüfuzlu “Heritage” Fondunun “İqtisadi azadlıq” indeksində əhəmiyyətli dərəcədə irəliləməsini qeyd edib.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan E.Süleymanov ölkəmizin ərazisinin 20 faizinin işğal edildiyini və bir milyon insanın öz doğma yurd-yuvalarından etnik təmizləməyə məruz qaldığını xatırladıb. İşğalın davam etdirilməsinin Ermənistanın özünü sosial-iqtisadi və demoqrafik tənəzzülə apardığını və bu ölkənin gələcəyini qeyri-müəyyən etdiyini söyləyib.

Çıxışdan sonra diskussiya aparılıb. Azərbaycan diplomatı tədbirdə iştirak edən erməni əsilli tələbələrə müraciət edərək onları Ermənistanın gələcəyini düşünməyə dəvət edib. O, Ermənistanın yeganə çıxış yolunun Azərbaycanla sülhə nail olunması, dar etnik baxış və işğalçılıq siyasətindən geri çəkilməsi olduğunu vurğulayıb. Bu xüsusda, Azərbaycanın regiondakı tərəfdaşları, o cümlədən Gürcüstan ilə qurulan sıx tərəfdaşlığa nümunə kimi baxmağa çağırıb.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR