Slimfit
  1. MEDİA

ABŞ-ın Türkiyəyə təzyiqi: Qaranlıq məqamlar nədir?

ABŞ-ın Türkiyəyə təzyiqi: Qaranlıq məqamlar nədir?
Sakura

ABŞ-ın Türkiyəyə təzyiqi: Qaranlıq məqamlar nədir?

Barak Obamanın “Şiə dəhlizi”ni dağıtmaq üçün Türkiyəyə yox, kürdlərə üstünlük verməsi ikitərəfli münasibətlərə zərbə vuran amillərdən biri idi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Zaur Məmmədov ABŞ və Türkiyə arasında olan ümumi gərginliyi şərh edərkən bildirib. O deyib ki, Vaşinqtonun Ankara ilə hərbi müstəvidə əlaqələrini zəiflətməsi gözlənilən idi:

“Əlbəttə, ABŞ- Türkiyə gərginliyində Obamanın xüsusi rolu var. Lakin Obama olmasaydı, Pentoqon buna izn verərdimi? Bu da maraqli mövzudur. Türkiyə-İsrail münasibətlərinin korlandığı vaxtda Vaşinqton Ankara ilə hərbi müstəvidə əlaqələrini zəiflətməli idi və bunu da etdi. Obamanın “Şiə dəhlizi”ni dağıtmaq üçün Türkiyəyə yox, kürdlərə üstünlük verməsi ikitərəfli münasibətlərə zərbə vuran amillərdən biri idi. Çünki Suriyada ABŞ-ın at oynatdıgı vaxtda PYD-YPG-nin necə gücləndiyi hamıya məlumdur. İndi Trampın “Patriot” ların Türkiyəyə satılmamasında Obamanı günahlandırması təsadüfü deyil. Ortada bəzi qaranlıq məqamlar var. Hesab edirəm ki, qarşıdakı zamanda hər şeyi daha aydın görmək mümkün olacaq”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR