ABŞ-ın seysmik araşdırmalar şirkətinin Azərbaycandakı filialı bağlanıb
ABŞ-ın "Geokinetics International Inc." şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib.
“Report” xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında qeyd edilib.
Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küçəsi, ev 8, mənzil 16 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, şirkətin Azərbaycandakı filialı 2015-ci ildə qeydiyyata alınıb. Şirkət Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda 3D seysmik tədqiqat işləri aparıb.
"Geokinetics International Holdings, Inc." şirkəti seysmik məlumatların toplanması xidmətləri göstərir və neft-qaz hasilatı ilə məşğul olan şirkətləri bu məlumatlarla təmin edir. Şirkətin əsas fəaliyyət dairəsi ABŞ, Kanada, Latın Amerikası, Avropa, Afrika, Yaxın və Uzaq Şərqdir.
Şirkət 1997-ci ildə Hyustonda yaradılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət