Slimfit
  1. DÜNYA

ABŞ-ın Rusiyaya qarşı sanksiyası qüvvəyə mindi

ABŞ-ın Rusiyaya qarşı sanksiyası qüvvəyə mindi
Sakura

ABŞ-ın Rusiyaya qarşı sanksiyası qüvvəyə mindi

ABŞ Dövlət Departamentinin Skripal hadisəsinə aid olmağına dair bir sübut belə olmamasına baxmayaraq, Rusiyaya qarşı tətbiq etdiyi sanksiya bu gündən qüvvəyə minib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti yeni sanksiyalar barədə sənədi ötən həftə dərc edib. Bu, Solsberi hadisəsi ilə əlaqədar Rusiyaya qarşı tətbiq edilən ilk sanksiyalardır.

Sanksiya paketinə Rusiyaya təcili humanitar yardım lazım olmadığı müddətdə bütün xarici yardımlar, hərbi sahədə məhdudiyyətlər (silah, ikili təyinatlı məhsulların və texnologiyaların, milli təhlükəsizlik baxımından “həssas” texnologiyaların satışı) ilə bağlı qadağalar daxildir. Bundan əlavə, Rusiyaya heç bir qurum, agentlik və ABŞ hökuməti tərəfindən kredit, kredit zəmanəti və maliyyə dəstəyi verilməyəcək.

Kosmos sahəsində texnologiya və mülki aviasiya təhlükəsizliyinin ixracı və təkrar ixrac edilməsi məsələsi sanksiyaya daxil edilməyib. Sanksiyaların ən azı 1 il müddətində qüvvədə qalacağı bildirilib.

Rusiyanın Xarici İşlər Nazirliyi isə ABŞ-ın tətbiq etdiyi sanksiyalara adekvat cavab veriləcəyini açıqlayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR