Slimfit
  1. AZƏRBAYCAN

ABŞ-ın Qarabağla bağlı yeni planı… - Kozlariç

ABŞ-ın Qarabağla bağlı yeni planı… - Kozlariç
Sakura

Kozlariç Boltonun Cənubi Qafqaza səfərinin əsasən İranla bağlı olması haqqında fikirləri təsdiqləyib

ABŞ Milli Təhlükəsizlik Şurasının katibi, prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Cənubi Qafqazla bağlı yanaşması əvvəlki administrasiyaların yanaşmalarından əhəmiyyətli dərəcədə fərqlənmir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç deyib.

Kozlariç Boltonun Cənubi Qafqaza səfərinin əsasən İranla bağlı olması haqqında fikirləri təsdiqləyib.

“Hesab edirəm ki, Boltonun regiona səfərində əsas məqsəd Cənubi Qafqazın 3 ölkəsinin ABŞ-ın İranla bağlı siyasətini dəstəkləməsi və Tehrana qarşı sanksiyaları zəiflədəcək addımlar atmamaları üçün razı salınması idi. ABŞ-ın regiona dair siyasətinə bu üç ölkənin Trampın İranla bağlı siyasətinə verəcəyi dəstəyin səviyyəsi ilə qərar veriləcək. Bu nöqteyi-nəzərdən mətbuatda Boltonun səfəri ilə bağlı informasiyalara nəzər salsaq, onun bu məsələdə uğur qazanıb-qazanmadığını deyə bilmərəm”, - Kozlariç deyib.

Riçard Kozlariçin sözlərinə görə, Bolton regiona Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni təkliflə gəlməyib.

“Boltonun Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra Qarabağ münaqişəsi ilə bağlı həlledici tədbirlər görülməsi üçün uyğun vaxtın çatacağı barədə açıqlamasında qeyri-adi heç bir şey yoxdur. O, seçkilər yekunlaşmadan erməni tərəfinin hər hansı bir addım atmayacağı reallığını yaxşı başa düşür. Qarabağın yeni həll planı olduğunu düşünmürəm”, - Kozlariç fikrini yekunlaşdırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR