Dərc edildi: Baxış sayı: 594
ABŞ-ın neft ehtiyatları azalıb - RƏSMİ
Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 2,033 mln. barel azalaraq sentyabrın 4-nə 500,434 mln. barel təşkil edib.
Ens.az Apa.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 3 mln. barel artacağını proqnozlaşdırırdı.
Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət