ABŞ-ın mobil operatoru olan “T-Mobile” şirkəti Finlandiyanın “Nokia Corporation” şirkəti ilə 3,5 milyard…
ABŞ-ın mobil operatoru olan “T-Mobile” şirkəti Finlandiyanın “Nokia Corporation” şirkəti ilə 3,5 milyard dollarlıq müqavilə imzalayıb.
İKT.lent.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, bunun müqabilində finlər amerikalılara 5G texnologiyasının tətbiqi üçün şəbəkə avadanlığı göndərəcək.
Avadanlıqla yanaşı “T-Mobile” Finlandiyadan proqram təminatı alacaq, habelə sıx şəhər mühitində lisenziyalı radio dalğalar vasitəsi ilə məlumatların ötürülməsini sürətləndirəcək servislə təmin olunacaq.
Qeyd edək ki, ötən ilin dekabrında nəhəng mobil operatorların yer aldığı 3GPP konsorsiumu dünyanın mobil rabitə sahəsi üçün 5G tezliklərindən kommersiya məqsədi ilə geniş istifadə etməyə imkan verəcək 5G şəbəkə standartı hazırlayıb.
5G məlumat ötürülməsi sürəti 20 Gbit/s olan mobil rabitə texnologiyasının beşinci nəslidir. 5G smartfonlarının istehsalı 2019-cu ilə planlaşdırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət