ABŞ-ın Kremlə etdiyi inanılmaz yardımlar - Siyahı
ABŞ-ın “Nəşnl İnterest” nəşri ölkənin “istəmədən” Rusiya iqtisadiyyatının güclənməsinə kömək etdiyi halların siyahısını hazırlayıb.
Axar.az xəbər verir ki, nəşr belə hallardan birincisinin İrana və Venesuelaya qarşı sanksiya çağırışları olduğunu yazıb.
Sözügedən ölkələr bu addımlara görə, neft məsələsində Rusiyanın tərəfinə keçiblər. ABŞ-ın Rusiyaya”istəmədən” etdiyi ikinci yardım isə Çinlə bağlıdır. Çinlə aparılan ticarət müharibəsi bu ölkənin Kremllə daha da yaxınlaşmasına səbəb olub. Rusiya həmçinin 2016-cı ildə Səudiyyə Ərəbistanını geridə qoyaraq Pekinin ən böyük neft tərəfdaşı olub.
“Rusiyanın dünya enerji bazarlarında vəziyyəti son illərdə olandan daha güclüdür. Taleyin ironiyasıdır ki, buna görə ABŞ-a təşəkkür edilməlidir”, - nəşr yazıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət