Dərc edildi: Baxış sayı: 506
ABŞ-ın əsas birja indeksləri artıb
ABŞ-ın fond birjasının indeksləri Konqres tərəfindən koronavirus pandemiyası şəraitində iqtisadiyyatı dəstəkləmək üçün əlavə tədbirlər paketinin təsdiqlənməsi barədə xəbərlərin yayılması fonunda əhəmiyyətli dərəcədə artıb.
“Report” xəbər verir ki, Amerika fond bazarında Dow Jones indeksində 11,36% artım müşahidə edilib və 2 112.98 bənd təşkil edib.
S&P 500 9,38% artaraq 2 447.33 bəndə, Nasdaq isə 8,12% bahalaşaraq 7 417,86 bəndə çatıb.
Nyu Yorkda ABŞ xam neftinin qiyməti 1,3% faiz artaraq barelinə 24,09 ABŞ dolları təşkil edib.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət