Slimfit
  1. TEXNOLOGİYA

ABŞ-ın daxili reyslərində sifətin tanınması sistemi tətbiq ediləcək

ABŞ-ın daxili reyslərində sifətin tanınması sistemi tətbiq ediləcək
Sakura

ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) daxili reyslərin həyata keçirildiyi aeroport və terminallarda…

ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) daxili reyslərin həyata keçirildiyi aeroport və terminallarda sifətin tanınması texnologiyasını tətbiq edəcək.

ICTnews” Elektron Xəbər Xidməti “Hightech” resursuna istinadən yazır ki, hazırda ölkənin şəhərlərinə uçan sərnişinlər beynəlxalq reyslərin sərnişinləri ilə müqayisədə sadələşdirilmiş yoxlanışdan keçirlər. Məsələn, yoxlanış pasportun skan edilməsi ilə bitir, barmaq izi və digər biometrik məlumatlar isə skan edilmir.

Administrasiya nümayəndələrinin fikrincə, daxili reyslər üzrə uçan sərnişinlər üzərində nəzarətin gücləndirilməsi aeroportların təhlükəsizlik səviyyəsini artırmağa və terror aktlarının qarşısını almağa imkan verəcək. Bu məqsədlə sahə üzrə tənzimləyici orqan ABŞ-ın gömrük və sərhəd nəzarəti xidmətləri tərəfindən toplanan ölkə vətəndaşlarının və əcnəbilərin fotoşəkilləri əsasında neyroşəbəkə hazırlamağı planlaşdırır.  

Sistemin sınaqlarına ilin sonunadək Atlanta şəhərində yerləşən “Hartsfield-Jackson” beynəlxalq aeroportunda başlamaq planlaşdırılır. Sifətin tanınması sərnişinlərin qeydiyyatdan keçməsi və baqajın təhvil verilməsi zamanı həyata keçiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR