Slimfit
  1. AZƏRBAYCAN

ABŞ-ın daha bir şəhərində Ermənistan əleyhinə aksiya keçirilib

ABŞ-ın daha bir şəhərində Ermənistan əleyhinə aksiya keçirilib
Sakura

ABŞ-ın daha bir şəhərində Ermənistan əleyhinə aksiya keçirilib

ABŞ-da Corciya ştatının inzibati mərkəzi olan Atlanta şəhərində yaşayan soydaşlarımız Tovuz rayonu istiqamətindəki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlar törətməsinə və bu təcavüzkar ölkənin Azərbaycan torpaqlarını işğal altında saxlamasına etiraz olaraq aksiya keçirib.

Ens.az xəbər verir ki,Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, aksiya Atlanta və Alabama şəhərində yaşayan soydaşlarımızın təşkilatçılığı ilə baş tutub.

Corciya dövlətinin qanunverici orqanı üzvlərinin (senatorların) fəaliyyət göstərdiyi Konqres binasının qarşısında keçirilən aksiya Azərbaycanın Dövlət Himninin oxunması ilə başlayıb.

Tədbirdə soydaşlarımız tərəfindən “Ermənistanın işğalçı siyasətinə son!”, “Qarabağ Azərbaycandır!”, “Ermənistan terrorçudur” və sair şüarların yazıldığı plakatların, Tovuz cəbhəsində hərbi təxribatlar zamanı həlak olmuş şəhidlərimizin şəkillərinin nümayiş etdirildiyi aksiyada Ermənistanın işğalçı və təcavüzkar siyasətinə son qoyulması tələb edilib. Aksiya iştirakçıları hərbi təxribatlar zamanı həlak olmuş Azərbaycanın qəhrəman hərbçilərinin və mülki vətəndaşlarının əziz xatirəsini yad edib.

Aksiyada Azərbaycan dövlətinə və ordusuna dəstək ifadə olunub, əzəli torpaqlarımız olan Dağlıq Qarabağ və ona bitişik 7 rayonun Ermənistanın işğalından azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi üçün qətiyyətli addımlar atılması tələbi ilə Konqres üzvlərinə çağırış edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR