Slimfit
  1. MEDİA

ABŞ-ın Boston şəhərində Xəzər İnnovasiya Sammiti keçirilib.

ABŞ-ın Boston şəhərində Xəzər İnnovasiya Sammiti keçirilib.
Sakura

ABŞ-ın Boston şəhərində Xəzər İnnovasiya Sammiti keçirilib.

Xəzər Siyasət Mərkəzinin ABŞ-ın Ticarət Palatası, habelə Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Türkiyə və Türkmənistanın səfirlikləri ilə birgə keçirdiyi tədbirdə Trans-Xəzər nəqliyyat dəhlizi ölkələrinin hökumət təmsilçiləri və işgüzar dairələrin nümayəndələri iştirak ediblər.

Tədbirdə alimlər, biznes dairələrinin təmsilçiləri, ABŞ-ın və Trans-Xəzər dövlətlərinin rəsmi şəxslərinin iştirakı ilə Bostonun startapları və sahibkarlarından ibarət unikal cəmiyyətin dayanıqlı inkişafı və onlarla əməkdaşlığın möhkəmləndirilməsinə kömək məqsədilə dövlət sektoru, sənayeçilər və akademik dairələr arasında qarşılıqlı fəaliyyətin lokal, regional və qlobal səviyyədə genişləndirilməsi imkanları müzakirə edilib.

Sammitdə Bostonda və Xəzər regionunda innovasiyalar sahəsində qazanılmış təcrübə, qarşılıqlı əlaqəli proseslər, startapların açılması üçün stimullar, elmi tədqiqatlar və ixtiralar təhlil olunub. Panel iclaslarında aparılan müzakirələrdə məruzəçilər müxtəlif sahələr üzrə tələbatları dəyərləndirib, Trans-Xəzər dövlətlərində innovasiya və sahibkarıq üzrə iqtisadi sistemlərin reallaşdırılması və genişləndirilməsi istiqamətində tələbləri, qoyulan müddətləri, sərmayə imkanları və yeni çağırışları müəyyən ediblər.

Sammitdə Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyininin Yüksək Texnologiyalar parkının təmsilçiləri öz sahələrində əldə edilən nailiyyətlər və gələcək planlar barədə məruzələrlə çıxış ediblər. Azərbaycandan olan heyətinin tərkibində Azərbaycan Texnologiya Universitetinin nümayəndəsi də olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR