Dərc edildi: Baxış sayı: 435
ABŞ-ın BMT yanında yeni daimi nümayəndəsi bəlli oldu
ABŞ Senatı Kelli Kraftı ABŞ-ın BMT yanında daimi nümayəndəsi olaraq təsdiqləyib.
“Qafqazinfo”nun “Qolos-Ameriki” saytına istinadən verdiyi xəbərə görə, hazırda ABŞ-ın Kanadadakı səfiri olan Kraft demokratların müqavimətinə baxmayaraq bu vəzifəyə təyin edilib. Trampın əleyhdarları Kraftın bu qədər yüksək vəzifədə əyləşməsi üçün diplomatik sahədə təcrübəsinin az olduğunu iddia edirlər.
56 senator Kraftın lehinə, 34-ü isə əleyhinə səs verib.
Qeyd edək ki, bundan öncə ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Heyli olub. O, ötən ilin dekabrında istefa verdikdən sonra bu post 7 ay idi ki, rəhbərsiz idi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət