Dərc edildi: Baxış sayı: 507
ABŞ-ın Azərbaycandakı yeni səfiri təsdiqlədi
ABŞ Senatı Earle D.Litzenbergerin Azərbaycana səfir postuna namizədliyini təsdiqləyib. Onu bu vəzifəyə Prezident Donald Trump irəli sürmüşdü.
Dovletxeberleri.az xəbər verir ki, indiyədək Litzenberg Birləşmiş Ştatların Serbiyada, Qırğızıstandakı səfirliklərində, eləcə də ABŞ-ın NATO missiyasında çalışıb.
O, hazırda Dövlət Departamentində hərbi-siyasi məsələlər üzrə büroda aparıcı məsləhətçidir.
Yeni səfirin fransız, rus, serb-xorvat və bolqar dillərini bildiyi xəbər verilir.
ABŞ-ın Azərbaycandakı eks-səfiri Robert Sekuta bu ilin mayında diplomatik missiyasını başa vurub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət