ABŞ-ı etiraz aksiyaları bürüdü: İrandan əl çək!
ABŞ-ın müharibələrdə iştirakına qarşı çıxan 10-dan çox hərəkatın tərəfdarları Ağ Ev qarşısında aksiya təşkil edib.
Axar.az xəbər verir ki, aksiyada “CodePink” antihərbi hərəkatının üzvləri və “Müharibəni dayandırmaq və iqrçiliyə son qoymaq üçün indi hərəkətə keç” (ANSWER) qrupunun üzvləri iştirak edib.
Aralarında İranın ABŞ-dakı diasporunun nümayəndələri də olan etirazçılar ABŞ hökumətini hər hansı bir hərbi fəaliyyətdən və İrana qarşı sanksiyalardan imtina etməyə çağırıb.
“ABŞ Prezident Administrasiyası və Pentaqon general Qasım Süleymaninin öldürülməsi ilə İranla müharibənin başlanmasına yaxınlaşdılar. Birləşmiş Ştatlar xalqı ayağa qalxıb bunu dayandırmasa, müharibə bütün bölgəni bürüyə və bu qlobal münaqişəyə çevrilə bilər”, - deyə etirazçıların müraciətində qeyd edilib.
Eyni zamanda, ölkədə 70-ə yaxın bənzər aksiya, o cümlədən, Nyu-Yorkdakı Taysm-Skver, Çikaqodakı Tramp Tauer qarşısında da keçirildiyi bildirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət