Dərc edildi: Baxış sayı: 327
ABŞ Hörmüzə esmines və qırıcılar göndərir
ABŞ gəmiçiliyi qorumaq üçün Hörmüz boğazına esmines və qırıcılar göndərəcək.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsi Sabrina Sinqx deyib.
“Hörmüz boğazında son zamanlar baş verən narahatlıq doğuran hadisələrə görə müdafiə naziri ora "USS Thomas Hudnes" esminesi və F-16 ilə F-35 qırıcılarını göndərməyi əmr edib”, - deyə Sinqx bildirib.
Onun sözlərinə görə, hərbi gəmi ABŞ-ın maraqlarını və regionda naviqasiya azadlığını qorumaq üçün Pentaqonun Mərkəzi Komandanlığının məsuliyyət zonasına gedəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət