Slimfit
  1. DÜNYA

ABŞ hökumət saytı "İranlı hakerlər"in hücumuna məruz qalıb

ABŞ hökumət saytı "İranlı hakerlər"in hücumuna məruz qalıb
Sakura

ABŞ hökumət saytı "İranlı hakerlər"in hücumuna məruz qalıb

ABŞ hökumət portalı Federal Depozitari Kitabxana Proqramı naməlum hakerlərin hücumuna məruz qalıb. SİA TASS-ın verdiyi məlumata istinadən xəbər verir ki, amerikalı istifadəçilər sözügedən veb sayta daxil olduqları zaman, bir yazı, bir mesajla qarşılaşıblar və bu mesaj belə ifadə olunub: "Bu, İran İslam Respublikasından gələn bir mesajdır. Biz bölgədəki dostlarımızı - məzlum Fələstin, Yəmən, Bəhreyn xalqlarını, Suriya və İraq xalqlarını və hökumətini dəstəkləməyi dayandırmayacağıq".

Bundan əlavə, kibercinayətkarlar özlərini “İran hakerləri” kimi tanıtmışlar ki, guya Tehranın “kiber təhlükəsizlik qrupunu” təmsil edirlər.

Maraqlıdır ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi general Kassem Süleymaninin öldürülməsindən sonra İranın kiberhücum təşkil edə biləcəyi barədə xəbərdarlıq edib. Ancaq bu anda hücum edənlərin həqiqətən də Tehranı təmsil etdiyinə dair heç bir dəlil yoxdur.

Xatırladaq ki, İran hakimiyyəti İslam İnqilabı Keşikçiləri Korpusunun tərkibində xüsusi təyinatlı Əl-Quds komandirinin ölümündən sonra qisas alacağını vəd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR