Dərc edildi: Baxış sayı: 595
ABŞ hərbi gəmisi Çin sularına girdi – Gərginlik
ABŞ və Çin hərbi gəmiləri Cənubi Çin dənizində üz-üzə gəlib.
Axar.az xəbər verir ki, bu barədə "Star" qəzeti məlumat yayıb.
Qəzet bildirib ki, ABŞ donanmasına aid “USS Barri” hərbi gəmisi mübahisəli ərazi olan Parasel (Sişa) adalarının yaxınlığından Çin sularına daxil olub. ABŞ donanması sözügedən əraziyə ilk dəfədir qanunsuz girib.
Məsələ ilə bağlı açıqlama verən Çin ordusunun Cənubi Desantları komandiri Li Huamin ABŞ-ın təxribatçı addımlarının beynəlxalq hüquq normalarını ciddi şəkildə pozduğunu deyib:
“ABŞ Çinin suverenliyini və təhlükəsizlik maraqlarını ciddi şəkildə pozur, eyni zamanda regional təhlükəsizlik risklərini bilərəkdən artırır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət