Slimfit
  1. DÜNYA

ABŞ hərbçisi koronavirusa yoluxub

ABŞ hərbçisi koronavirusa yoluxub
Sakura

ABŞ hərbçisi koronavirusa yoluxub

Cənubi Koreyadakı ABŞ qoşunlarının hərbi qulluqçusunun yeni tip koronavirusa (COVID-19) yoluxması təsdiqlənib.

AZƏRTAC ABŞ qoşunları qərargahının yaydığı məlumata istinadla xəbər verir ki, Cənubi Koreyanın Çilqok şəhərindəki Karol hərbi bazasında xidmət edən 23 yaşlı əsgərin test nümunələrinin cavabı müsbət olub. Bu, ABŞ hərbçiləri arasında koronavirusa ilk yoluxma halıdır. Həmin əsgərin hazırda baza xaricindəki evində karantində olduğu bildirilir.

Hələlik əsgərin virusa necə yoluxması məlum deyil. Hərbçinin yaxın təmasda olduğu digər şəxslərin müəyyən edilməsi istiqamətində iş aparılır. Çünki o, son günlər Karol ilə yanaşı, Dequ şəhərindəki Volker bazasında da olub.

Qeyd edək ki, Cənubi Koreya Çindən sonra COVID-19-un ən çox yayıldığı ölkədir. Son məlumata əsasən, ölkədə virusa yoluxanların sayı 1146 nəfərə, ölənlərin sayı isə 12-yə çatıb. Virusa yoluxanların 82 faizi məhz Dequ şəhər sakinləridirlər. Çilqok şəhəri də Dequnun yaxınlığında yerləşir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR