Dərc edildi: Baxış sayı: 279
ABŞ Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edəcək - XƏBƏRDARLIQ
"Xarici agentlər haqqında" qanuna Gürcüstan hakimiyyəti tərəfindən dəyişiklik edilərsə, ABŞ-Gürcüstan strateji tərəfdaşlığı möhkəmlənəcək.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Tiflisdə mətbuat konfransında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen deyib.
“Əgər bu qanun (xarici agentlər haqqında - red.) dəyişdirilərsə və Avropa İttİfaqı standartlarına cavab verərsə, bu, yalnız bizim strateji tərəfdaşlığımızı, əlaqələrimizi gücləndirəcək”, - o bildirib.
Ceyms O`Brayen həmçinin əlavə edib ki, Gürcüstanda demokratiyaya zərbə vurularsa, ABŞ Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət