Slimfit
  1. HƏRB

ABŞ düşüncə gücü ilə idarə olunan silah yaradır

ABŞ düşüncə gücü ilə idarə olunan silah yaradır
Sakura

ABŞ düşüncə gücü ilə idarə olunan silah yaradır

Bu, növbəti elmi-fantastik blokbasterdən bir süjet kimi səslənə bilər, amma hər şey çox ciddidir. DARPA son məqsədi insan beyni ilə birbaşa əlaqə qura bilən texnikanın idarə olunması üçün interfeysin yaradılması olan proqramları maliyyələşdirmək üçün on milyonlarla dollar sərf edir.

Ens.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin elmi-araşdırma şöbəsi DARPA insan düşüncəsinin oxunması texnologiyası üzərində işləyir. Əsas diqqət ilk baxışdan göründüyü kimiəsgərin şüuruna nəzarətə deyil, texnikanın idarə edilməsi incəliklərinə ayrılmışdır. Tədqiqatçılar operatorların beynini bədəndən yan keçərək maşınlara birbaşa təlimat göndərməyi öyrətmək istəyirlər. İşin əsas məqsədi bu nəzarətin mümkün qədər asanlaşdırılması və istənilən təlim keçmiş mütəxəssisin onu sadə dəbilqə və ya başa keçirilmiş istənilən digər cihazın vasitəsilə həyata keçirilməsinə imkan yaratmaqdan ibarətdir.

Beyin fikirləri hərəkətə çevirən alətdir, çünki məhz o, sinir sisteminə siqnalları göndərir, o da öz növbəsində orqanizmimiz, ətraflarımız və bədənimizin digər hissələrini idarə edir. Beləliklə, istənilən sistemlə işləmək üçün ona bir növ vasitəçi, yəni öz bədəni lazımdır. O, maşınların idarə edilməsi nöqtəsində fikizi cəhətdən iştirak etməkdən tutmüş reaksiya sürəti, sağlamlıq vəziyyəti və digər fiziki aspektlər səbəbindən çoxsaylı xətalara qədər bir sıra məhdudiyyətlər qoyur.

Maşının interfeysini bədəndən yan keçərək birbaşa beyinə birləşdirmək alınsa necə olacaq? Məhz bunun üçün DARPA Next Generation Nonsurgical Neurotechnology (və ya sadəcə N3) təşəbbüsünü aktiv şəkildə maliyyələşdirir. N3-ün məqsədi insan beyni ilə birbaşa əlaqə yarada bilən texnikanın (o cümlədən silahın) idarə edilməsi sistemini yaratmaqdır. IEEE Spectrum-a əsasən DARPA “maqnit sahələri, elektrik sahələri, akustik sahələr (ultrasəs) və işıqla” maşınlar üzərində nəzarət vasitəsi qismində təcrübələr aparır.

Məlumdur ki, DARPA altı qrupla istehsal üçün hər biri üçün ayrıca 19,48 milyon dollarlıq müqavilələr imzaladı. Tədqiqatçılarda beyin toxumasından məlumat oxumağa qadir olan sistemin hazırlanması üçün 1 il, sonrakı mərhələdə isə heyvanlar üzərində test üçün 18 ayları var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR