
Dərc edildi: Baxış sayı: 57
ABŞ-də neft ehtiyatları artıb
ABŞ-də kommersiya məqsədli neft ehtiyatları son bir həftə ərzində 4,1 milyon barel artaraq 7 fevral 2025-ci il tarixinə 427,9 milyon barelə çatıb.
Ens.az Trend -ə istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, hazırkı ehtiyat həcmi ilin bu dövrü üçün beşillik orta göstəricidən 4 % azdır.
Eyni zamanda, Londonun ICE birjasında “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 1,27 % azalaraq 76,02 dollar/barel, WTI markalı neftin mart fyuçerslərinin qiyməti isə 1,46 % ucuzlaşaraq 72,25 dollar/barel olub.
загрузка...
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət