Dərc edildi: Baxış sayı: 466
ABŞ-dan təhdid: Nüvə zərbəsi endirə bilərik
ABŞ kosmik infrastrukturuna qarşı yönələn hər hansı ciddi hücuma cavab olaraq nüvə zərbəsi endirə bilər.
“Ren TV” xəbər verir ki, bu haqda ABŞ baş katibinin köməkçisi Kristofer Ford bəyan edib.
Onun sözlərinə görə, ABŞ-ın potensial düşmənləri bilməlidirlər ki, ölkənin kosmik infrastrukturuna hücum Birləşmiş Ştatların özünə hücum kimi qiymətləndiriləcək.
“Bildiyiniz kimi bu infrastruktur ABŞ-ın Milli təhlükəsizlik strategiyasına daxildir. Və bu təsadüfi deyil”, - deyə Ford vurğulayıb.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət