ABŞ-dan Ərdoğan-Putin razılaşmasına reaksiya
İdliblə bağlı Türkiyə və Rusiya arasında əldə edilən atəşkəs razılaşmasını dəstəkləyirik.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb.
“Ümid edirik ki, İdlibdəki təhlükəli vəziyyət aradan qalxacaq. Eyni zamanda, Əsəd rejimi, Rusiya, İran və Hizbullah qüvvələri tərəfindən mülki əhalinin yaşadığı bölgələrə edilən hücumlar nəticəsində yaranan qorxunc humanitar böhran həllini tapacaq. İndi isə ən vacib məsələ Əsəd rejimi və tərəfdarlarının bu razılaşmaya sadiq qalıb-qalmamasıdır. Bunun da zamanla şahidi olacağıq”, - bəynatda bildirilib.
Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında İdlib böhranı ilə bağlı görüş keçirilib və atəşkəslə bağlı razılığa gəliblər. Razılaşmanın detalları bir həftə müddətində hazırlanacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət