Dərc edildi: Baxış sayı: 759
ABŞ-dan Çinə xəbərdarlıq: Sazişdən çəkilə bilərik!
ABŞ administrasiyası Çinlə imzalanmış ticarət sazişindən çıxacağını istisna etməyib.
Axar.az xəbər verir ki, ABŞ administrasiyanın yüksək vəzifəli adı açıqlanmayan şəxslərindən biri bu barədə açıqlama verib.
Bildirilib ki, əgər tərəflərdən biri üzərinə düşən öhdəliyi icra etməzsə, yaxud vəziyyətin normallaşması üçün səy göstərməzsə, saziş birtərəfli qaydada pozulacaq.
“Əgər pozuntular aradan qalxmayacaqsa, sazişdən çıxmaq yeganə yoldur”, - deyə adı açıqlanamyan amerikalı rəsmi bildirib.
Qeyd edək ki, ABŞ-la Çin arasında ötən gün ticarət sazişinin birinci hissəsi imzalanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət