Slimfit
  1. AZƏRBAYCANLI

ABŞ-da xərçəngə qarşı mübarizə aparan azərbaycanlı cərrah

ABŞ-da xərçəngə qarşı mübarizə aparan azərbaycanlı cərrah
Sakura

ABŞ-da xərçəngə qarşı mübarizə aparan azərbaycanlı cərrah

Ciddi, dərin zəkalı, iradəli və nikbin olan bu xanımı dinlədikcə sevinirdim. Sevinirdim ki, uzaq Amerikada belə bir soydaşımız var. Qarşısına qoyduğu məqsədlərə doğru addım-addım irəliləyib, elmdə yüksələ bilib. Yenicə ana olub, başı ekiz övladlarına qarışıb.
Haqqında söhbət açdığım İradə xanım İbrahim - zadə cərrahdır, öz sahəsini mükəmməl bilir. Atası Tofiq İbrahimzadə informatika üzrə alimdir. Azərbaycan Neft və Sənaye Universitetinin professorudur. Anası Leyla Əliyeva uzun illər həmin elm ocağında müəllim işləyib. 

Ömür-gün yoldaşı Mübariz Priyev Kolorado ştatında bizneslə məşğuldur, özəl şirkəti var. Ailədə yeni dünyaya gəlmiş ekiz oğlan böyüyür- Ömər və Əmir. 

İradə xanım Bakıda dünyaya gəlib. 1995-ci ildə 6 nömrəli mətəbdə orta təhsilini başa vuraraq Azərbaycan Tibb Universitetinə qəbul olunub. 2001-ci ildə oranı bitirərək bir il onkoloji disponserdə ankoloq-cərrah kimi internatura keçib. 2003-2006-cı illərdə Mərkəzi Klinik Xəstəxanasında ümumi cərrah işləyib. Arada bir il Türkiyənin Qazi Universitetinin cərrahiyə şöbəsində təcrübədə olub. 



2006-cı ildə Kanadanın Toronto Universitetinin doktoranturasına qəbul olunub. 2010-cu ilədək orada tam təqaüdlə təhsil alaraq, "xərçəng farmoko genetikası" üzrə elmi iş müdafiə edib və PhD alimlik dərəcəsinə yiyələnib. Həmin il "post doc." təqaüdü ilə ABŞ-ın Minesota ştatının məşhur Mayo Klinikasına dəvət alıb və Kanadadan ABŞ-a köçüb. İki il burada elmi tədqiqatla məşğul olub. 2012-ci ildə Arizona Universitetinin cərrahiyə fakultəsinin dəvəti ilə üç il bu elm ocağında professor kimi çalışıb. 2015-ci ildən indiyədək Kolorado Universitetinin Cərrahiyə şöbəsində onkolq-cərrah işləyir. Bacarıqlı, necə deyərlər, əli yüngül cərrah kimi tanınır. 

Arzulayır ki, gələcəkdə böyük bir tibb mərkəzi açıb, orada elmi tədqiqatlarını davam etdirsin. Bəşəriyyətin bəlası olan xərcəngin müalicə üsullarını tapmaq istəyir. 

Bütün bunlarla yanaşı, 2007-ci ildən idmanın avarçəkmə növü ilə peşəkar səviyyədə məşğul olur. İndiyədək 9 qızıl medal qazanıb. Hətta ictimai iş kimi, Minisota ştatında yaşayarkən, bir müddət məşqçı də olub. Deyir ki, "Azərbaycana hər il valideynlərimi ziyarət etməyə gedirəm. Ölkəmizin inkişafı məni də sevindirir..." 



Klassik musiqimizidən zövq alır. Xüsusən də Rəşid Behbudovu dinləməkdən yorulmur. Koloradoda azərbaycanlılar çox azdır. Bayramlarda bir araya gəlib ünsiyyətdə olurlar, tez-tez bir-birinə qonaq gedirlər. Bu mehribanlıq adamda qürur hissi yaradır. 

Bu alicənab, uzaq görən, ixtisasını dərindən bilən, yeni ana olmuş xanım haqqında bildiklərimi sizinlə bölüşməkdən məmnunam. Onun həm ana kimi və həm də cərrah kimi bütün arzularına çatmasını diləyirəm. 
 

Müəllif: Elman Eldaroğlu (ABŞ, Miçiqan)

 
Mənbə: Azvision.az
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR