Dərc edildi: Baxış sayı: 509
ABŞ-da Şnobel mükafatının qalibləri mükafatlandırılıblar
ABŞ-da Harvard Universitetində ilin ən absurd elmi kəşflərinin layiq görüldüyü Şnobel mükafatının 29-cu təqdimetmə mərasimi keçirilib.
Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.
Qeyd olunur ki, "Biologiya" nominasiyasında maqnitlənmiş ölü tarakanların canlılarla müqayisədə daha uzun müddət maqnit xüsusiyyətlərini saxladığını müəyyənləşdirən bir qrup tədqiqatçı qalib seçilib.
"Tibb" nominasiyasında mükafatı İtaliyada hazırlanan pizzanın həzm sisteminin xərçəngindən ölüm riskini azaltdığını sübut edən italiyalı alim qazanıb.
"Psixologiya" nominasiyasında isə mükafat almaniyalı alimə qismət olub. O, ağızda qələmlə xoşbəxtlik səviyyəsi arasındakı korrelyasiyanı araşdırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət