Dərc edildi: Baxış sayı: 491
ABŞ da Rusiya ilə sazişdən çıxdı
ABŞ avqustun 2-də Yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasında iştirakını rəsmən dayandırır.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib. O, fevralın 2-də Rusiyaya müqaviləyə əməl etməsi üçün 6 ay vaxt verdiklərini bildirib:
“Rusiya bu gün razılaşmadan imtina etdi. ABŞ başqaları razılaşmanı pozanda onun iştirakçısı olaraq qala bilməz. Rusiya buna görə məsuliyyət daşıyır”.
Qeyd edək ki, Rusiya bu gün razılaşmadan imtina etdiyini rəsmən açıqlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət