Dərc edildi: Baxış sayı: 453
ABŞ-da neft ehtiyatlarının nə qədər azaldığı açıqlandı
ABŞ-da ötən həftə ərzində neft ehtiyatlarının həcmi 1,64 milyon barel azalaraq sentyabrın 18-də 494 406 min barel təşkil edib.
Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə ölkənin Energetika Nazirliyinin açıqlamasında bildirilir.
Halbuki ekspertlər ehtiyatların 3,27 milyon barel azalmasını güman edirdilər.
Londonun “İCE Futures” birjasındakı axşam hərracında “Brent” markalı neft 1,4 faiz bahalaşaraq 42,3 ABŞ dollarına, WTI markalı neft isə 1,5 faiz bahalaşaraq 40,4 ABŞ dollarına satılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət